Hiperbilirubinemiya yenidoğulan uşaqlarda ən çox rast olunan patologiyalardan biridir. Mə-lumdur ki, qanda toplanan qeyri-düz (sərbəst) bilirubinin yüksək səviyyəsi mərkəzi sinir sistemini, həmçinin, digər üzv və sistemləri zədələyərək, təhlükəli fəsadların və ağır nəticələrin inkişafına səbəb olur.
İşin məqsədi yenidoğulanlarda hiperbilirubinemiya zamanı mübadilə qan köçürülməsinin (MQK) aparılma vaxtının və onun səmərəliyinin qiymətləndirilməsindən ibarətdir. Bu məqsədlə 2018-ci ildə institutun RİTŞ-də MQK tətbiq edilən 34 nəfər körpənin tibbi kartı retrospektiv analiz edilmişdir: MQK klinik protokola müvafiq göstərişlə aparılmış və 70% hallarda müsbət nəticə əldə edilmişdir. Qanda ümumi bilirubinin 500 mkmol/l və daha yüksək səviyyəsi nəzərə alınmaqla 13 nəfər yenidoğulan körpəyə MQK tətbiq edilmişdir. Letallıq 12,1% təşkil etmişdir.
Yenidoğulanlarda hiperbilirubinemiya // Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi.- 2013-34 səh.
Анастасевич Л.А., Симонова Л.В. Желтухи у новорожденных // Лечащий врач.-2006.- 12.
Солнцев В. В.Оптимизация тактики ведения новорожденных детей с затяжной конъюга-ционной гипербилирубинемией // Автореферат диссертации -2011, Нижний Новгород.
Neonatologiya. Dərslik //Azərbaycan Tibb Universiteti. N.Ə.Tağıyev-2007.-535 səh.
Протокол диагностики и лечения гипербилирубинемии у новорожденных детей // Российская ассоциация специалистов перинатальной медицины. 2018., 38 стр
Проект клинических рекомендаций по диагностике и лечению гемолитической болезни новорожденных. Текст научной статьи по специальности «Медицина и здравоохранение» 2015.