Tədqiqatda yenidoğulanlarda nekrotik enterokolit zamanı biokimyəvi markerlər olan MMP-2, MMP-9, MMP-17, katelisidin, transferrin və fekal kalprotektinin proqnostik əhəmiyyəti öyrənilmişdir. Qarşıya qoyulan məqsədi həyata keçirmək üçün 110 NEK-lə xəstə yenidoğulan uşaq müayinə olunmuşdur. Bu uşaqlar NEK-in gediş mərhələlərinə görə aşağıdakı qruplara bölünmüşdür: I qrup –NEK-in I mərhələsi olan 49 xəstə, II qrup –NEK-in II mərhələsi olan 48 xəstə, III qrup –NEK-in III mərhələsi olan 13 xəstə. Sağlam qrupu praktik sağlam 30 yenidoğulan uşaq təşkil etmişdir. Tədqiqatda variasion, diskriminant, dispersion və ROC-analizlərdən istifadə olunmuşdur. Nekrotik enterokolit zamanı öyrənilən biokimyəvi markerlər arasında MMP-17, katelisidin və transferrin daha yüksək həssaslığı və spesifikliyi ilə seçilmişdir. Proqnostik qiymətləndirmə zamanı molekulyar-biokimyəvi marker olan matriks metalloproteinazaların müayinəsində ümumi diaqnostik ağırlıq testi ММP-17 üçün 87,5 %, ММП-9 üçün – 85%, ММП-2 üçün isə -85% təşkil etmişdir ki, bu da bu markerlərin proqnostik dəyərinin yüksək olmasını göstərir.
Rzayeva A.Ə. Yenidoğulanlarda nekrotik enterokolitin klinik-immunoloji xüsusiyyətləri və müalicə prinsipləri /Tibb ü.f. d. Dissertasiyası, Bakı, 2015, 138 səh.
Бениова С.Н., Столина М.Л., Руденко Н.В. Заболевания желудочно- кишечного тракта у доношенных и недоношенных новорожденных // Современные проблемы науки и образования. – 2012. – № 3.- С.45-49.
Смирнов И.Е., Шишкина Т.Н., Кучеренко А.Г., Кучеров Ю.И. Цитокины и матриксные металлопротеиназы при некротическом энтероколите у недоношенных детей/ Российский педиатрический журнал. 2016; 19(6), стр. 342-350
Lim J.C., Golden J.M., Ford H.R. Pathogenesis of neonatal necrotizing enterocolitis. Pediatr. Surg. Int. 2015; 31(6): 509—18.
Moore J.E. Newer monitoring techniques to determine the risk of necrotizing enterocolitis. Clin. Perinatol. 2013; 40(1): 125—34. 6. Giansanti F, Panella G, Leboffe L, Antonini G. Lactoferrin from Milk: Nutraceutical and Pharmacological Properties. Pharmaceuticals (Basel). 2016 Sep 27; 9 (4)
Maheshwari A. Immunologic and hematological abnormalities in necrotizing enterocolitis. Clin. Perinatol. 2015; 42(3): 567-85.
Bein A., Lubetzky R., Mandel D., Schwartz B. TIMP-1 inhibition of occludin degradation in Caco-2 intestinal cells: a potential protective role in necrotizing enterocolitis. Pediatr. Res. 2015; 77(5): 649—55.
Moore C.S., Crocker S.J. An alternate perspective on the roles of TIMPs and MMPs in pathology. Am. J. Pathol. 2012; 180(1):12—6.
Khvorostov I.N., Smirnov I.E., Damirov O.N., Kucherenko A.G.,Shramko V.N., Sinitsyn A.G. et al. Features of the prediction of the couse and outcomes of necrotizing enterocolitis in newborn infants.Ros. pediatr. zhurn. 2014; (2): 10—14. (in Russian)
Ng P.C., Chan K.Y., Poon T.C. Biomarkers for prediction and diagnosis of necrotizing enterocolitis. Clin. Perinatol. 2013; 40(1):149—59.
Stewart C.J., Nelson A., Treumann A., Skeath T., Cummings S.P.,Embleton N.D. et al. Metabolomic and proteomic analysis of serum from preterm infants with necrotising entercolitis and late-onset sepsis.Pediatr. Res. 2016; 79(3): 425—31.
Wilcock A., Begley P., Stevens A., Whatmore A., Victor S. The metabolomics of necrotising enterocolitis in preterm babies: an exploratory study. J. Matern. Fetal. Neonatal. Med. 2016; 29(5): 758—62.