Vaxtından əvvəl doğulmuşların retinopatiyası (VDR, Retinopathy of prematurity (ROP)) uşaqlıq çağının qarşısı alına bilən korluq səbəbidir. Əgər vaxtında aşkarlanarsa uğurla müalicə olunan xəstəlikdir. Ancaq bunun üçün dar pəncərə müddəti (7-8 həftə) vardır ki, bu müddət nəzərdən qaçarsa, qalıcı korluqla nəticələnə bilir. Azərbaycanda 2015-ci ilə qədər VDR ilə əlaqədar ixtisaslaşmış elmi-kliniki mərkəzin mövcud olmaması, xəstəliyin erkən mərhələlərində aşkar olunması və müalicəsi üçün ciddi çatışmazlıqlar yaradırdı. 2015-ci ildən etibarən Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən vaxtından əvvəl doğulmuş uşaqlara oftalmoloji yardım sistemi təşkil olunmuşdur və VDR-in erkən mərhələlərinin skrininqi, diaqnostikası, monitorinqi və müalicəsi aparılmaqdadır. Bu işin ilk mərhələsi Perinatal Mərkəzdə, Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya institutunda, ikinci mərhələ isə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində aparılır. Müayinələr nəticəsində 624 uşağın 71-ində VDR (32 uşaqda spontan reqressiya baş vermiş, 19 uşaqda müalicə tətbiq olunmuş, 20 uşaq periodik müşahidələrdə itmişdir) aşkarlanmışdır. Azərbaycanda neonatoloqlar və oftalmoloqların iş birliyi, həmçinin elmin inkişafı bu xəstəliyin qarşının alınmasında yardımçı olacaqdır.
E.M.Qasımov, M.İ.Kərimov. Yarımçıq doğulmuşların retinopatiyası. Göz xəstəlikləri 2014.
Oftalmoloqlar üçün vəsait // səh. 301-306
Csak K, Szabo V, Szabo A, Vannay A. Pathogenezis and genetic basis for retinopathy of prematurity. Frontiers Biasci. 2006;11:908-920.
Chen J, Smith LE. Retinopathy of pre-maturity. Angiogenesis.2007;10:133-140
American Academy of Pediatrics Poli-cy Statement. Screening examinations of premature infants for retinopathy of prema-turity // Pediatrics, 2006, v.117, p.572-576. 5. Manzoni P. et al. Fungal and bacterial sepsis and threshold ROP in preterm very low birth weight neonates. J. Perinatol. 26, 23–30 (2006). 6. Leviton A. et al. The clustering of disorders in infants born before the 28th week of gestation. Acta Paediatr. 99, 1795–800 (2010) 7. Корзникова Н.В. Воздействие света на орган зрения / Н.В. Корзникова // Материа-лы I конф. Офтальмологов Русского Севе-ра. Вологда, 2004.-С.30-32. 8. Csak K., Szabo V., Szabo A., Vannay A. Pathogenezis and genetic basis for retinopathy of prematurity. Front biosci. 2006; 11: 908-920
Cryotherapy for Retinopathy of Prema-turity Cooperative Group. Multicenter trial of cryotherapy for retinopathy of prematurity ophthalmological outcomes at 10 years. Arch Ophthalmol. 2001;119:1110-1118 10. Zin A,Gole GA.Retinopathy of prema-turity-Incidence today.Clin Perinatol 2013; 40: 185-200.