e-ISSN: 2664-1194     print ISSN: 2304-6554
UŞAQLARDA TƏNƏFFÜS YOLLARI XƏSTƏLİKLƏRİNDƏ SİTOKİNLƏRİN TƏZAHÜRLƏRİNİN ƏHƏMİYYƏTİ.
Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı

Annotasiya

Tənəffüs yolları xəstəlikləri erkən yaşlı uşaqlar arasında tez -tez rast gəlinən patologiya olub uşaq xəstəlikləri strukturunda ilk yerlərdən birini tutur. Tədqiqatın məqsədi. Tədqi-qatın məqsədi erkən yaşlı uşaqlarda tənəffüs yolları xəstəliklərində sitokin sistemində baş verən dəyişikliklərin müəyyən edilməsi olmuşdur. Material və metodlar.Tədqiqata tənəffüs yollarının müxtəlif xəstəlikləri ilə ambulator və stasionar müalicə alan hər iki cinsdən olan 79 erkən yaşlı uşaq təhlil edilmişdir. Müayinə olunacaq əsas qrupa daxil olan xəstələr diaqnoza əsasən 3 qrupa bölünmüşdür: I qrupa KRX 37, II qrupa bronxit 12, III qrupa digər tənəffüs yolları xəstəlikləri olan-10 (larinqotraxeit, larinqit, traxeit, farinqit) uşaqlar daxil edilmişdir. Kontrol qrupu kimi 20 sağlam uşaq götürülmüşdür.Tədqiqata daxil olan uşaqlarda müayinə sxeminə anamnestik məlumatlar,
klinik əlamətlər, instrumental və laborator, immunoloji müayinə metodlarından istifadə daxil edilmişdir. Müayinə olunan xəstə və sağlam uşaqlarda İmuunoloji göstəricilər – qan zərdabında ( İnvitrogen”firmasının reaktivləri ilə Medispes 6000 cihazı) İL-21 ELİSA metodu, γ-
İNF immunoferment analizi (İFA) metodu ilə təyini edilmişdir. Nəticələr. İL-21–n qan zərdabında konsentrasiyası I qrupda kontrol qrupuna nisbətdə 2,2 dəfə, II qrup kontrol qrupa nisbətdə 3,4 və III qrup kontrol qrupa nisbətdə 3,0 dəfə artması ilə fərqlənmişdir İNF- γ I
qrupda kontrol qrupa nisbətdə 1,9 dəfə artmış, II qrupda kontrol qrupa nisbətdə 2,7 dəfə və III qrupada kontrol qrupa nisbətdə 1,2 dəfə azalmışdır. Yekun. Aparılan tədqiqatın nəticələrinə əsasən demək olar ki, erkən yaşlı uşaqlarda tənəffüs yolları xəstəliklərində İL-21 və İNF- γ
qamma interferon klinik – diaqnostik əhəmiyyət daşıya bilər.

Biblioqrafik istinadlar

Бабаченко И.В., Шарипова Е.В., Беликова Т.Л. Подходы к терапии ОРВИ у детей в стационаре и поликлинике //Медицинский Совет. 2017. №1, c.94-99.

Колосова Н.Г., Шаталина С.И. правильный алгоритм лечения ОРВИ в детском возрасте//Медицинский Совет. 2017, № 19,c.158-161

Баранова И. П.,Малова И. А. Уровни спонтанного и индуцированного γ интерферона при гриппе и респираторно-синцитиальной инфекции //Эпидемиология и инфекционные болезни. 2017.№4,c. 178-182 4. Бережная Н.М. Цитокиновая регуляция при патологии: стремительное развитие и неизбежные вопросы // Цитокины и восполение. 2007.№2.С.26-34.

AJ Ligocki , JR.Brown, JY.Niederkorn. Role of interferon-γ and cytotoxic- T lymphocytes in intraocular tumor rejection // Leukoc. B. 2016, vol. 99. Nо.5, pp.735-747.

Луцкий А.А., Жирков А.А., Лобзин Д.Ю., Рао М., Алексеева ЛА., Мейрер М. и др. Интерферон-у: биологическая функция и значение для диагностики клеточного иммунного ответа. //Журнал инфектологии. 2015.№ 4.c. 10-22.

Понежева Ж.Б., Купченко А.Н., Маннанова И.В., Горелов А.В., Интерфероны и противовирусный иммунитет. //Педиатрия 2018, №1 (14), с.14-18.

Kotenko SV, Durbin JE. Contribution of type II interferons to antiviral immunity: location // Biol Chem .2017.№1, pp. 292–303.

D. di Fusco, R. Izzo, M. M. Figliuzzi, F. Pallone, and G. Monteleone. “IL-21 as a therapeutic target in inflammatory disorders.” Expert Opinion on Therapeutic Targets” // İmmunology Research. 2014, vol. 18. No. 11, pp. 1329–1338.

Spolski R, Leonard WJ. Interleukin-21: a double-edged