e-ISSN: 2664-1194     print ISSN: 2304-6554

Conferences & Exhibitions

Azerbaijan Journal of Perinatology and Pediatrics

TRAINING COURSE ON MECHANICAL VENTILATION IN CRITICALLY ILL PEDIATRIC PATIENTS AND NEONATES


Acquire extensive knowledge in advanced techniques and skills for mechanical ventilation in the critically ill pediatric patient and neonate—including the latest advances in ventilator technology—through lectures, interactive discussion, hands-on small group workshops, and case-based exercises. This comprehensive, interactive program emphasizes practical solutions for issues related to patients in respiratory failure. Topics include:

  • Ventilator modes
  • Ventilator-induced lung injury
  • Management of obstructive and parenchymal lung disease
  • Ventilation strategies in burn patients, in ARDS
  • Management of hypoxemia
  • Patient-ventilator synchrony
  • Noninvasive ventilation

 


 

Ürək Çatışmazlığı simpoziumu+Master Class

8-9 Fevral 2019-cu il tarixində Azərbaycan Kardioloqlar Cəmiyyəti, Azərbaycan Aritmiya Alyansı və "Uptodate İn Medicine" və Avrasiya Klinik Elmlər Jurnalı tərəfindən birgə təşkil edilən və respublikanın ümumi və pediatrik kardiologiya sahəsində aparıcı milli və beynəlxalq mütəxəssislərinin iştirakı ilə "Böyüklərdə və pediatrik pasientlərdə ürək çatışmazlığının müalicəsi üzrə elmi-praktik simpoziumu və master-klass" keçiriləcəkdir.
Simpoziumda iştirak etmək üçün aşağıda verilmiş formanı doldurub göndərməyiniz xahiş edilir.
Kursda iştirak edən tibbi işçilərinə 15 DTT kreditinin verilməsi nəzərdə tutulur.

Əlavə məlumat üçün:
E-mail:marziyya.m@uimconsulting.com
Web: www.tibbikonsultasiya.org
Tel.: +994502438671 və +994124803875


 

Qida təhlükəsizliyi üzrə təlim kursu.

1-3 Noyabr 2018-ci il

"Azəri Toksikoloqlarının Dərnəyi" təşkilatçılığı və “Uptodate İn Medicine” və Avrasiya Kliniki Elmlər Jurnalının (www.ejcs.org) informasiya və texniki dəstəyi ilə "Qida təhlükəsizliyi" təlim kursunda iştirak etməyə dəvət edirik.
Mövzular:
-Qida təhlükəsizliyi probleminin açıqlanması.
-Qida gigiyenasının əsasları
-Qida təhlükəsizliyinin hüquqi tənzimlənməsi.
-Sanitariya tələbləri və epidemioloji nəzarət
-Qida zəhərlənməsindən əziyyət çəkən xəstələrdə ilkin
qiymətləndirmə və tibbi yardım
-Qida mənşəli xəstəliklərin kontrolu
-Tullantıların idarə edilməsi
-Qida sahəsində çalışanlara tibbi nəzarətin təşkili
-Qida istehsalı, daşınması, saxlanması, paylanması və digər mərhələlərdə qida mənşəli xəstəliklərin profilaktikası
-Qida zəhərlənməsi ilə bağlı ishal və qusmanın müalicəsi
-Verotoksin ifraz edən E.coli
-Hepatit A
-Qida ilə əlaqəli dəri xəstəlikləri
-Qida ilə əlaqəli göz, qulaq və ağız boşluğu xəstəlikləri
-Qeyri-infeksion mədəbağırsaq pozuntuları

Təlimçilər: Dr İsmayil Əfəndiyev, Dr İmran Abdullayev, Dr Sevinc Nəsirova

Kursda həm tibb, həm də qeyri tibb işçiləri iştirak edə bilər.
Təlim kursu günün ikinci yarısında aparılır, çay fasiləsi təmin edilir.
Sertifikat: sertifikatla yanaşı, həkimlərə 10 DTT kredit də verilir.
Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurun.
Ətraflı məlumat üçün: Tel: +994-12-480-38-75, +994-55-675-44-24

 


 

EKQ ÜZRƏ İRƏLİLƏMİŞ TƏLİM KURSU

13-14 oktyabr 2018-ci il

Təlim kursunda əhatə olunacaq mövzular və praktik vərdişlər:

  • Müxtəlif klinik hallarda EKQ-nin əldə edilməsi və oxunması;
  • Mürəkkəb EKQ-lərin interpretasiyası;
  • EKQ-də aritmiyaların dəqiq müəyyən edilməsi;
  • İşemiya, infarkt və digər hallarda EKQ dəyişikliklərinin təyini;
  • Peysmeykerli/AİCD-li xəstələrdə EKQ-nin interpretasiyası.
  • Pediatrik EKQ-nin interpretasiyası.

Kursun sonunda imtahanı uğurla keçmiş və praktik vərdişləri nümayiş etdirmiş tibb işçilərinə (həkim, rezident, feldşer) sertifikat təqdim ediləcəkdir. Kursda iştirak edən tibb işçilərinə 15 DTT (CME) krediti verilir. Kurs beynəlxalq və milli mütəxəssislər tərəfindən aparılacaqdır.
Təşkilatçılar: Azəri Toksikoloqlar Dərnəyi; Azərbaycan Aritmiya Alyansı; UpToDate İn Medicine Health Sciences publishing;
Kursda iştirak ödənişlidir.
Təlimçilər: Dr. Fərid Əliyev; Dr. Rəhimə Qəbulova; Dr. Konstantinos Kyriazis; Dr. Nabil Seyidov; Dr. Elşən Rzayev

Qeydiyyat: İştirak etmək üçün qeydiyyat formasını doldurub göndərin.
Ətraflı məlumat üçün: marziyya.m@uimconsulting.com; Web: www.tibbikonsultasiya.org ; Tel.: +994556754424; +994124803875

 


 

Perinatologiya & Ginekologiya: müasir aspektlər.

Respublika Perinatal Mərkəzi

"Perinatologiya və Ginekologiya. Mama-ginekologiyada diaqnostika və müalicənin müasir və aktual məsələləri." mövzusunda keçiriləcək beynəlxalq təlim kursu.

Auditoriya: perinatologiya üzrə mütəxəssislər, mama-ginekoloqlar, pediatrlar, neonatoloqlar

Təşkilatçılar:
- Səhiyyə Nazirliyi Respublika Perinatal Mərkəzi
- Türkiyə Jinekoloji və Obstetrik Dernegi

Texniki dəstək və tərəfdaş:
- Uptodate İn Medicine LLC
- Avrasiya Klinik Elmlər Jurnalı

daha ətraflı:
Perinatologiya & Ginekologiya: müasir aspektlər.

 


 

Neonatologiya üzrə İntensiv Beynəlxaq Təlim Kursu

19-21 iyun 2018-cil il

Elmi-Tədqiqat Pediatriya İnstitutu, Azərbaycan Neonatologiya Cəmiyyəti və Türkiyə Neonatologiya Cəmiyyəti ilə birgə təşkil edilən və Türkiyənin aparıcı neonatoloqlarının iştirakı ilə keçirilən bu beynəlxalq təlim kursu Neonatologiya sahəsində müasir bilik və praktik bacarıqların öyrədilməsinə həsr edilib.


daha ətraflı:
Neonatologiya üzrə İntensiv Beynəlxaq Təlim Kursu

 


PALS - İrəliləmiş Pediatrik Tibbi Yardım

PALS - İrəliləmiş Pediatrik Təcili Yardım kursu - Amerika Ürək Assosiasiyası/Amerika Kardiologiya Cəmiyyəti və Amerika Pediatriya Akademiyası tərəfindən tibb mütəxəssislərinin davamlı tibbi təhsili və praktik vərdişlərinin təkmilləşdirilməsi üçün hazırlanmış təlim kursudur.

PALS kursu uşaqlarda aritmiyaların diaqnostikasına və ürək-ağciyər pozğunluqları, o cümlədən ürək dayanması və respirator çatışmazlıq hallarının vaxtında aşkar edilməsi və müalicəsinin öyrədilməsinə yönəlib.

Kursun hədəfləri:
PALS kursunu bitirdikdə hər bir iştirakçısı aşağıdakı bacarıqlara yiyələnmiş olacaqdır:

  • Körpələr və ya yuxarı yaşlı uşaqlarda tənəffüs çatmamazlığı və şok simptomlarının müəyyənləşdirilməsi və müalicəsi
  • Uşaq ürək-ağciyər canlandırması bacarıqları.
  • Uşaq ürək-ağciyər dayanması hallarının qarşısının alınması, erkən aşkar edilməsi və uğurlu reanimasiya tədbirlərinin tətbiqi.
  • Reanimasiya tədbirləri zamanı komanda işi və psixomotor vərdişlərin nümayiş etdirilməsi.

daha ətraflı
PALS - Irəliləmiş Pediatrik Tibbi Yardim

nasib

cme

CME Articles of the Month

The EJCS CME Program is a comprehensive home study program based on the most clinically relevant EJCS articles.

confexb

Conferences & Exhibitions
1-3 november 2018, Baku
13 october 2018, Baku

video

Featured Video.

Keywords