e-ISSN: 2664-1194     print ISSN: 2304-6554
Uşaqlarda kəskin bağırsaq invaginasiyasının müalicəsində təcrübəmiz
Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı

Annotasiya

Bağırsaq invaginasiyası əksərən erkən yaşlı uşaqlarda təsadüf edilən xəstəlikdir. Xəstəlik ən çox 4-12 aylar arasında olan uşaqlarda baş verir. Ağır pediatrik cərrahi xəstəlik olan bu patologiyanın mülicəsində son illərdə əhəmiyyətli üğürlar qazanılmışdlr ki, bu da bəzi stereotiplərin aradan qaldırıl-ması, xəstəyə individual yanaşma, müa-sir texnologiyanın tətbiqi ilə əlaqədar-dır. Təqdim edilən məqalədə məqsəd Elmi Tədqiqat Pediatriya İnstitunun Erkən Yaşlı Uşaqların Cərrahiyyə Şöbəsinin (EYUCŞ) bu sahədə olan təcrübəsini təhlil etmək və onun nəticələrini təqdim etməkdir.
Material və üsullar. 2012– 2015-ci illərdə bağırsaq keçməməzliyi əlamət-ləri ilə klinikaya müraciət etmiş 126 xəstədə kəskin bağırsaq vaginasiyası müəyyən edilmişdir. 2,4% xəstə yenidoğulan, 73,8% xəstə 1-12 aylıq, 23,8% xəstə 1-3 yaşında olmuşlar. Xəstələrdən 70,6% oğlan, 29,8% qız olmuşdur (2,3:1 nisbətində). Yalnız 28% hallarda xəstələr xəstəlik başla-nandan 24 saat müddətində klinikaya daxil olmuşlar. Xəstəliyin diaqnostikası və müalicəsi müəllif tərəfindən təklif edilmiş alqoritm əsasında aparılmışdır [9]. Fizikal müayinə, rutin laborator müayinələrdən başqa qarın və döş boşluqlarının icmal rentgen müayinəsi, abdominal US, pnevmoirriqoskopiya icra edilmişdir və diaqnoz təsdiqlənmiş-dir. 24 saatlıq USM xidməti olmadığı üçün Rentgenoloji müayinə əsas müayinə üsulu olmuşdur. Diaqnoz təsdiqləndikdən sonra xəstələrə pnev-mopressiya ilə konservativ dezinvagi-nasiya, diaqnostik laparoskopiya və laparoskopik dezinvaginasiya, laparoto-miya və dezinvaginasiya yaxud bağır-sağın rezeksiyası kimi müalicə üsulları tətbiq edilmişdir. Peritonit, qarnın çox köp olması, ürək və tənəffüs çatma-mazlığı zamanı olan yenidoğulanlarda pnevmoirriqoskopiya və laparaskopiya-ya üsulları tətbiq edilməmişdir. Göstə-rilən müddət ərzində EYUCŞ-nə Kəskin bağıraq invaginasiyası diaqnozu ilə hospitalizasiya olunan bütün xəstələr yaşından, cinsindən və xəstələnmə müddətindən asılı olmayaraq müayinə qrupuna daxil edilmişlər və müalicənin nəticələrinin retrospektiv təhlili aparıl-mışdır.

Biblioqrafik istinadlar

Пашаев Н. А. Врачебная так-тика при инвагинации кишечника у детей. //В кн. “Патологические процессы и методы их коррекции. Баку, 1998, с. 59-60.

Кулиев Ч. Б., Пашаев Н. А. Пути улучшения диагностики и лечения инвагинации кишечника у детей. //Здоровье, Баку, 1999, 5, с.3-5.

Mammadov AM, Baghirov MG, Habibli RT. Invagination in children and its treatment. //Sixth world congress of pediatrics. Baku, 2006, p 97.

Meier D. E; Coln C. D; Rescorla F. J; Ola Olorun A; Tarpley J. L.. Intussusception in children: international perspective. // World. J.Surg. 1996 Oct; 20 (8), 1035-9;

Агаев Г.Х., Поладов Г.А. Инвагинация кишечника у детей. Баку, 2003

Arnold G. Coranetal. Pediatric surgery. 2012. 7th Ed, p.1093-1110.

George W. Holcomb III, J. Patrick Murphy, Daniel J. Ostlie, Ashcraft`sPediatric surgery. 5th Ed. 2014. p. 531-538.

Бабашев Б.С., Мустафаев А.М., Кулиев Ч.Б., Фарзане Ф.Г., Салманов С.Г., Гасанов Ф.В., Улуханов А.Н.. Инвагинация кишечника у детей, пути улучшения диагностики и результатов лечения. //Вопросы ки-шечной непроходимости. Сборник научных трудов АМИ им. Н. Нариманова. Баку, 1985, с. 55-61.

Агаев Г.Х. «Инвагинация кишечника у детей». Дис. Д-ра мед. наук Г.Х.Агаев. Москва, 2000. - 213с.

Paediatric Surgery:A Comprehen-sive Text for Africa. Emmanuel A. Ameh et all.

PDF
PDF

Açar sözlər

Idiopathic intussusception
children kəskin bağırsaq invaginasiyası
erkən yaşlı uşaqlar Идиопатическая инвагинация
дети