Neonatal trombositopeniya yenido-ğulanlarda qanın ümümi müayinəsi zamanı tez-tez müşahidə olunan, əksər hallarda laborator müayinələr zamanı diaqnostika olunan dəyişikliklərdən olub qanda trombosit sayının 150 x 109/l-dən aşağı olması ilə xarak-terizə olunur [2]. Müxtəlif elmi araşdır-malar nəticəsində məlum olmuşdur ki, bütün yenidoğulanların 1-5%-də trom-bositopeniya aşkar olunur, onlardan 10%-ə qədərində trombositopeniyanın ağır forması qeyd olunur (PLT < 50 x 109 ). Yenido-ğulanların reanimasiya və intensiv terapiyası şöbəsində bütün klinik halların 22-35%-ə qədərində trombositopeniya inkişaf edir və bu yenidoğulanlardan 50%-ə qədəri vaxtından qabaq doğulmuş və xəstə uşaqlar olur. Belə hesab olunur ki, əksər hallarda yenidoğulanlarda trom-bositopeniyanın yaranmasının səbəbi trombositlərin parçalanmasının sürət-lənməsidir. Yalnız 5% hallarda yenido-ğulanlarda trombosito-peniya trombo-sitlərin yaranmasının ləngiməsi ilə əlaqədar olur [1].
Rennie and Robertson’s Textbook of Neonatology; 5th edition. Janet M.Rennie ; Səh 7838-7856
Шабалов Н.П. Неонатология Москва, «МЕДпресс-информ»-2004 в том 2. Стр.216-219
Neonatology. Management, procedures, On-Call problems, Diseases and Drugs;7th edition ; Tricia Lacy Gomella; Səh 902-907
Pediatrics. Current Diagnosis and Treatment, 22nd edition; William W.Hay JR. ;Myron J.Levin; Robin R Deterding; Mark J.Abzug; Səh 719-724.