19-21 sentyabr, 2019-cu il tarixində Bakıda Türk Dünyası və Avrasiya Pediatr- larının XVII Konqresi (UNPSTR) keçiril- mişdir. Üç günlük proqramda yerli və bey- nəlxalq mütəxəssislərin məruzələri dinlənil- miş, praktik seminarlar, simpoziumlar, tipik və müqayisəli halların klinik araşdırılması, uşaq yaşlarının xəstəliklərinin diaqnostika, müalicə və profilaktikasında tibbi yardımın göstərilməsi standartları müzakirə edilmiş,2 kurs – “Beynəlxalq İnkişafın İzlənməsi və Dəstəklənməsi Kursu” və həmçinin,“ Yeni- doğulmuşlara Müasir Yanaşma Kursu” keçirilmişdir.
TÜRK DÜNYASI VƏ AVRASİYA PEDİATRLARININ XVII KONQRESİ