e-ISSN: 2664-1194     print ISSN: 2304-6554
Vol. 5 No. 5(1) (2019): TÜRK DÜNYASI VƏ AVRASİYA PEDİATRLARININ XVII KONQRESİN MATERİALLARI
Azerbaijan Journal of Perinatology and Pediatrics

2019

Volume: 5
Number: 5(1)
Published January 26, 2020

Quick Links

Conference Abstracts
TÜRK DÜNYASI VƏ AVRASİYA PEDİATRLARININ XVII KONQRESİN MATERİALLARI

19-21 sentyabr, 2019-cu il tarixində Bakıda Türk Dünyası və Avrasiya Pediatr- larının XVII Konqresi (UNPSTR) keçiril- mişdir. Üç günlük proqramda yerli və bey- nəlxalq mütəxəssislərin məruzələri dinlənil- miş, praktik seminarlar, simpoziumlar, tipik və müqayisəli halların klinik araşdırılması, uşaq yaşlarının xəstəliklərinin diaqnostika, müalicə və profilaktikasında tibbi yardımın göstərilməsi standartları müzakirə edilmiş,2 kurs – “Beynəlxalq İnkişafın İzlənməsi və Dəstəklənməsi Kursu” və həmçinin,“ Yenidoğulmuşlara Müasir Yanaşma Kursu” keçirilmişdir.

Tədbirin açılış mərasimində Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyeva konqres haqqında məlumat verərək bildirmişdir ki, toplantıda 40-a yaxın ölkədən məruzəçi, 300-ə yaxın iştirakçı qatılıb. Ümumilikdə, 17 müxtəlif interaktiv panel, sözlü, poster və məruzə panellərinin keçirilməsi planlaşdırılıb.

Beynəlxalq Pediatriya Assosiasiyasının Prezidenti Ənvər Həsənoğlu konqresin mövzuunun dünyanın hər bir ölkəsi üçün aktual olduğunu bildirib: “Uşaqlar bizim istiqbalımızdır. Dünyada təqribən səkkiz milyard əhali var, bunların da 25 faizini uşaqlar təşkil edir. Aclıqdan, infeksion xəstəliklərdən əziyyət çəkənlər, qaçqın həyatı yaşayan kör- pələrimiz var. Bu uşaqlara kömək etmək üçün hər birimiz çox işləməliyik. Bu baxımdan, əldə olunan nailiyyətləri bölüşmək, təcrübəmizi paylaşmaq üçün belə yığıncaq- ların böyük əhəmiyyəti var”.

Azərbaycan Respublikası Səhiyyə Nazir- liyinin aparat rəhbəri Nadir Zeynalov ölkə- mizin səhiyyə sahəsində əldə olunan uğurlar, aparılan islahatlar haqqında danışıb. O, səhiyyə naziri Oqtay Şirəliyevin konqresin işinə təbriklərini çatdıraraq tədbir iştirakçılarına uğurlar arzulayıb.

K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Türk Dünyası Pediatriya Birliyinin prezidenti, professor Nəsib Quliyev bu konqresi “uşaq həkimlərinin bayramı” adlandırıb, artıq 26 ildir azərbaycanlı və türk pediatrlarının iş birliyi- nin davam etdiyini və 17 konqresdən beşinin Azərbaycanda keçirildiyini vurğulayıb. Bu cür ortaq konqreslərin təşkilinin artıq ənənə halını aldığını deyən N.Quliyev ölkə- mizdə pediatriyanın uğurlarından da bəhs edib.

ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov bu konqresin pediatrların işinə böyük töhfə oluğunu, gələcəkdə bu tip simpoziumların sayının daha da artırılacağını bildirib.

UNPSTR konqresinin əsas məqsədi uşaqların sağlamlığına dair mövcud problemlərin aşkarlanması və bu problemlərin həlli yollarını tapmaq üçün müxtəlif ölkələrdə fəaliyyət göstərən pediatrlar arasında elmi-praktik əlaqələri genişləndirməkdir.

More

Conference Abstracts

ABSTRACT BOOK OF THE XVII CONGRESS OF TURKISH WORLD AND EURASIA PEDIATORS
Farid Israfilzadeh
85-104

nasib

cme

CME Articles of the Month

The EJCS CME Program is a comprehensive home study program based on the most clinically relevant EJCS articles.

confexb

Conferences & Exhibitions
1-3 november 2018, Baku
13 october 2018, Baku

video

Featured Video.

Keywords