Tədqiqatın məqsədi: perinatal asfiksiya keçirmiş, müxtəlif hestasiya yaşlı yenidoğulanlarda lipid mübadiləsinin xüsusiyyətlərini və antioksidant sisteminin vəziyyətini öyrənməkdən ibarətdir. Tədqiqata perinatal asfiksiya keçirmiş, erkən neonatal dövrdə reanimasiya və intensiv terapiya şöbəsinə daxil olmuş 98 yenidoğulan (54 vaxtından əvvəl, 44 vaxtında doğulan) uşaq cəlb
edilmişdir. Müayinə olunan uşaqların vəziyyətinin ağırlığı erkən neonatal dövrdə NEOMOD şkalasına əsasən təyin edilmişdir. Qan zərdabında LPO-nun göstəriciləri (malondialdehidə, katalaza, qlutation peroksidoza) və AOF uşağın həyatının 5-7, 10-14 və 24-28-ci günləri biokimyəvi üsulla təyin edilmişdir. Əsas qrup yenidoğulanlarda 5-7-ci gün MDA, katalaza, QPO-nun səviyyəsi nəzarət və müqayişə qrupundan dürüst yüksək (p<0,01), AOF-in səviyyəsi isə nəzarət qrupundan dürüst aşağı (p<0,01) olmuşdur. LPO və AOF – in səviyyəsində müşahidə edilən dəyişikliklərin fərdi təhlili zamanı həm əsas, həm də müqayisə qrupuna daxil olan vaxtından əvvəl dağulanlarda onların səviyyəsi nəzarət qrupundan xeyli fərqli (yüksək və ya aşağı) olması ilə müşahidə edilmişdir ki, bu da tərəddüd hüdudunun geniş olması şəklində özünü göstərmişdir. Perinatal asfiksiya keçirmiş yenidoğulanlarda LPO göstəricilərin (MDA, Katalaza, QPO) konsentrasiyası və AOF səviyyəsi neonatal dövrün dinamikasında patoloji prosesin ağırlıq dərəcəsindən, uşağın hestasiya yaşından və aparıcı klinik sindromdan asılı olaraq dəyişir.
Барабой В.А. Особенности адаптации, свободнорадикального окисления и антиоксиданной системы новорожденной после реанимации атмосферным воздухом. Педиатрия, 2002.№1. с.19-23
Валеева И.Х. Биохимические методы исследования общих механизмов повреждения и воздействия ксенобиотиков. Казань, КГМУ, 1998, 37 с.
Голиков А.П., Бойцов С.А. Свободнорадикальное окисление и сердечно-сосудистая патология: коррекция антиоксидантами. Лечащий врач, 2005, № 4. с.70-74
Ланкин В.З. Свободнорадикальные процессы в норме и при патологических состояниях. М.2001, 78с.
Лениджер А. Основы биохимии. 2-й том, пер. с анг. М.Мир, 1981,477 с.
Карабейникова Э.Н. Модификация определения продуктов перекисного окисления липидов в реакции с тиобарбитуровой кислотой, Лаб.дела 1989, №7, с.8-10
Черняховский О.Б., Поляничникова О.Л. Взаимосвязь показателей крови малонового диальдегида и общей антиоксидантной активности крови у новорожденных с внутрижелудочковыми кровоизлияниями гипоксического генеза. Клиническая лабороторная диагностика, М. 2009, №9, с.13
Flohe L. Free Rad. Biol .1982. 5 p. 233-254
Janota J., Siman J., Strenak R., Critically ill newborns with multiple orqan dysfunction assessment by NEOMOD score in tertiary NICU J.Med.SC I 2008, V 177 № 1., p.II-17.