e-ISSN: 2664-1194     print ISSN: 2304-6554
Vaxtında doğulan yenidoğulanlarda nekrotik enterokolitin sepsisdən differensasiyasında azot oksidin spesifikliyi: xəstə-kontrol tədqiqatı
Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı

Annotasiya

İşin məqsədi NEK-in vaxtında doğulan yenidoğulanlarda sepsisdən fərqlənməsində azot oksidin (NO), eritropoetinin (EPO) və kalsium ionların (Ca+2) diaqnostik əhəmiyyətini müəyyən etmək idi. Material/xəstələr. Bu prospektiv tədqiqatı Azərbaycanın Bakı şəhərində K. Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun klinikasının intensiv terapiya və vaxtında doğulan yeni doğulmuş körpələrin patologiyası bölmələrində aparılıb. Tədqiqata 37 həftəlik hamiləlik yaşı olan körpələr daxil
edilmişdir. Müvafiq qarın və sistemik simptomları olan xəstələrdə demoqrafik və klinik məlumatlar toplanmışdır. NEK və NEK+sepsisin diferensial diaqnozunu aparmaq üçün NO, EPO və Ca+2 seçdik. ROC-curve analiz bu biomarkerlərin diaqnostik dəyərini hesablamaq üçün tətbiq edilmişdir. Nəticələr. NEK ilə 100 xəstə vaxtında doğulan yenidoğulmuşlar müayinə edildi. Uşaqların bədən çəkisi 2500-4400 qram arasında dəyişdi. Onların qanında NO, EPO və Ca+2 səviyyələri müəyyən edilmişdir. NEK olan 83 xəstədə NO, EPO səviyyələrində artım və Ca+2-də azalma müşahidə edildi. Xəstəliyin gedişatının septiki ağırlaşması olan 17 xəstədə test nəticələri digər qrupun göstəricilərinin əksinə idi (p <0.001). Bu uşaqlarda NO səviyyəsi NEK I olan xəstələrin zərdab dəyərindən də aşağı idi. Beləliklə sepsisdən NEK-in diferensial diaqnozunu aparmaq üçün NO istifadə edilə bilən bir markerdir.

Biblioqrafik istinadlar

Ahle M, Drott P, Elfvin A, Andersson RE. Maternal, fetal and perinatal factors associated with necrotizing enterocolitis in Sweden. A national case-control study. PLoS One. 2018; 13(3):e0194352. doi:10.1371/journal.pone.0194352

Gephart SM.,Wetzel C., Krisman B. Prevention and early recognition of necrotizing enterocolitis, a tale of two tools. Adv Neonatal Care: official journal of the National Association of Neonatal Nurses. 2014 V 14 (3). P. 201-210. DOI: 10.1097ANC.00000000000000063.

Markel T.A., Engelstad H., Poindexter B.B. Predicting disease severity of necrotizing enterocolitis: how to identify infants for novel therapies. J Clin Neonatal. 2014 Jan; 3(1): 1-9. Doi: 10.41032249-4847. 128717.

Li QY, An Y, Liu L, et al. Differences in the Clinical Characteristics of Early- and Late-Onset Necrotizing Enterocolitis in Full-Term Infants: A Retrospective Case-Control Study. Sci Rep. 2017; 7: 43042. Published 2017 Feb 17. doi:10.1038/srep43042

Khalid N. Necrotizing enterocolitis – some things old and some things new: A comprehensive review. 2016, Vol. 5issue:2P: 79-90.

Маммадова Т.А. Факторы риска некротического энтероколита у доношенных новорожденных. Международный журнал прикладных и фундаментальных исследований. 2020. № 6. С. 45-49. URL: http://applied-research.ru/ru/article/view?id=13087 (дата обращения: 04.09.2020).

Cokic BB, Cokic VP, Suresh S, Wirt S, Noguchi CT. Nitric oxide and hypoxia stimulate erythropoietin receptor via MAPK kinase in endothelial cells. Microvasc Res. 2014; 92:34-40. doi:10.1016/j.mvr.2014.01.009

Watkins D.J., Besner G.E. The Role of the Intestinal Microcirculation in Necrotizing Enterocolitis. Semin Pediatr Surg. 2013. V 22 (2). P. 83-87. Doi: 10.1053/j.sempedsurg.2013.01.004

N.A. Drucker, A.R. Jensen, Jan P Te Winkel, M.J. Ferkowicz, T.A. Markel. Loss of endothelial nitric oxide synthase exacerbates intestinal and lung injury in experimental necrotizing enterocolitis. J Pediatr Surg. 2018; 53(6): 1208-1214. Doi:10.1016/j.jpedsurg.2018.02.087. Epub 2018 Mar 8.

Dzik J.M., Dobrzanska A., Gruszfeld D., Walajtys-Rode E. Nitric oxide metabolitis in the urine of full-term and preterm infants. Pediatrics International: Official Journal of the Japan Pediatric Society. 2002. V. 44(4). P. 368-375.

PDF (Русский)
PDF (Русский)

Açar sözlər

NEK
sepsis
vaxtında doğulan yenidoğulanlar
azot oksid некротический энтероколит
cепсис
недоношенные дети
оксид азота NEC
sepsis
full-term newborns
hypoxia
Nitric oxide
erythropoietin.