e-ISSN: 2664-1194     print ISSN: 2304-6554
Uşaqlarda xroniki kolostazın sub- və dekompensasiya formalarının kompleks müalicəsinin cərrahi aspektləri
Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı

Annotasiya

Müəlliflər tərəfindən xroniki kolostazın (XK) sub- və dekompensasiya formaları olan 358 xəstə uşaq üzərində katamnestik, klinik-rentgenoloji və əlavə müayinələr həyata keçirilmişdir. Distal seqmentin (DS) anatomik və funksional pozğunluqları nəticəsində yaranan müxtəlif üzvi səbəblər müəyyən edilmiş və onların nəticələri bal sistemi ilə qiymətləndirilmişdir. Bu zaman ümumi bal 4-12 təşkil edərsə, konservativ müalicə, effekt olmadıqda cərrahi müalicə, 12-18 bal olarsa, irriqoqrafiya
zamanı əlavə əyilmələr, uzanma, daralma, tam olmayan fiksasiya, yoğun bağırsağın ayrı-ayrı hissələrində rigidlik və rotasiya, motor-evakuasiya funksiyasının kliniki tam pozulması olduqda cərrahi müalicə üçün birbaşa göstəriş tövsiyə olunur. 315 (88%) xəstədə kompleks konservativ müalicədən yaxşı nəticələr əldə edilmişdir. 43 (12%) xəstədə aşağıdakı hallarda cərrahi müalicə müəyyən edilmişdir: uzunmüddətli kompleks konservativ müalicənin təsiri olmadıqda, xroniki xəstəliyin dekompensasiya olunmuş gedişi ilə xroniki yoğun bağırsaq keçməməzliyi əlamətlərinin artması və bunun fonunda xəstənin vəziyyətinin pisləşməsi.

Biblioqrafik istinadlar

Винокуров А.С. Синдром Хилайдити//Радиология. №3.2015.С.54-58.

Киргизов И.В. и др. Определение факторов риска развития хронического толстокишечного стаза у детей. //Российский вестник детской хирургии, анестезиологии и реаниматологии. - 2016. №3. С. 87-89.

Саидов Ф.А. /Оптимизация методов диагностики и лечения хронического колостаза у детей // Автореф. дис. к.м.н.- Ташкент. 2018. С-18

Хамраев А.Ж., /Хирургия толстой кишки у детей// Издательство. «Ноширлик ёгдуси». Т. 2020, С -609-651.

Комиссаров М.И. Диагностика и лечение хронических запоров у детей. /Автореф. дис.. к.м.н.- Санкт-Петербург. 2009. С-24.

Циммерман Я.С. Клиническая гастроэнтерология. /Издательство г Москва ГЭО-

ТАР-Медиа- 2012. №3. С 168-169.

Хамраев А.Ж., Каримов И.М. /Хирургические аспекты комплексного лечения суб и декомпенстрованных форм хронических колостазов у детей//«Биология ва тиббиёт муаммолари» Халкаро илмий журнал. Самарканд, 2022. №3. С- 98-106.

Akilov Kh.A., et. аll. /Comparative evolution of the colon microbiocenosis in children with chronic colostasis on the beckground of surgical treatment // European sciences review. – Austria, 2016.-№ 7-8.

Хамраев А.Ж. и др./ Хирургическое лечение детей с хроническим колостазом// Хирургия Узбекистана-научно-практический журнал Ташкент 2018.№4(80), С-24- 30.

Хамраев А.Ж., Мирзаахмедов У.М. /Диагностика и лечение болезни Пайра при рецидивирующих болях в животе у детей//Новый день в медицине» - Ташкент, 2018 № 2. С-144-147.