Tədqiqatın məqsədi perinatal asfiksiya keçirmiş vaxtından əvvəl doğulan uşaqlarda bağırsaqların işemik zədələnmələri zamanı qanda serotoninin səviyyəsində baş verən dəyi- şikliklərimüəyyən etməkdən ibarətdir.
Tədqiqata perinatal asfiksiya keçirmiş 98 vaxtından əvvəl doğulan uşaq cəlb edilmişdir. Nəzarət qrupuna fizioloji doğuşdan olan 14 vaxtından əvvəl doğulan uşaq aid edilmiş-dir. Bu qrup uşaqlarda baş beyin toxumasının zədələnmələrinin ağırlıq dərəcələrini Sar- nat H.B şkalası ilə qiymətləndirməsi zaman 1-ci dərəcəli zədələnmə 1-13 bal, 2-ci də- rəcəli 14-26 bal, 3-cü dərəcəli zədələnmə 27-39 bal qiymətləndirilmişdir. Müayinə olu- nan uşaqların vəziyyətinin ağırlığı erkən neonatal dövrdə NEOMOD şkalasına əsasən tə- yin edilmişdir. Yenidoğulanlar 2 qrupa bölünmüşdür; 1-ci əsas qrupa erkən neonatal dövrdə maksimal balla qiymətləndirilən (5 bal və çox) 58 uşaq, 2-ci müqayisə qrupuna 4 bal və ondan aşağı balla qiymətləndirilən 40 uşaq aid edilmişdir.
Tədqiqatın nəticələri və onların müzakirəsi: Aparılan tədqiqat nəticəsində müəyyən edilmişdir ki, HBD-2-nin konsentrasiyası vaxtından əvvəl doğulan uşaqlarda 5-7-ci gün 246,2-257,5 nq/q, 14-15-ci günlər- 173,7-206,9 nq/q, 24-28-ci gün 155,2-167,4 nq/q arasında tərəddüd etməsi bağırsaqların işemik zədələnmələrinin inkişaf etməsini göstərir. Bu qrup uşaqlarda serotoninin səviyyəsi əhəmiyyətli dərəcədə aşagı olmuşdur. Müəyyən edilmişdir ki, HBD-2-nin konsentrasiyası nəzarət qrupu ilə müqayisədə 3 dəfə çox, serotonin səviyyəsi isə nəzarət qrupundan 2 dəfə azdır. Beləliklə, MSS-nin hipoksik zədələnmələri zamanı inkişaf edən intestinal distress serotonin ifrazının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur.
Барашнев Ю.И Перинатальная неврология. М.: Триада_Х, 2001.c.249-289
Бережанская С.Б., Лукьянова Е.А. Уровень биогенных аминов в крови детей с перинатальным гипоксически-ишемическим и травматическим поражением ЦНС. Педиатрия. - №1.- с.23-26
Скворцов И.А., Ермоленко Н.А. Развитие нервной системы у детей в норме и патологии. М.: МЕД пресс_информ, 2003.c.368
И.Г. Михеева, О.С. Брусов, М.И. Фактор, Н.К. Карцева, О.Б. Курасова, О.Ю. Соколов, Т.Г. Верещагина Содержание серотонина в сыворотке крови новорожденных с гипоксически-ишемическим поражением ЦНС. Материалы XIV съезда психиатров России. М., - 2005 - С. 496
И. Г. Михеева, О.С. Брусов, М.И. Фактор, H К Карцева, ОБ. Курасова, О. Ю. Соколов, Т.Г. Верещагина. Содержание серотонина в сыворотке крови детей первых месяцев жизни, находящихся на разных видах вскармливания. // Материалы IX конгресса педиатров России / М., 2005 - С 238.
И. Г. Михеева, О.С. Брусов, M И. Фактор, Н.К. Карцева, О.Б. Кураеова, О.Ю. Соколов, Т.Г. Верещагина, С.Я.Рудницкая. Содержание серотонина в сыворотке крови здоровых и детей с гипоксически-ишемическим поражением ЦНС. Сборник научных трудов по актуальным вопросам педиатрии (РГМУ, ИДГКБ) М., 2006 - С 95 - 97.
Kapel N., Benahmed N., Morali A., Svahn J., Canioni D., Goulet O., Ruemmele FM: Fecal –defensin-2 in children with inflammatory bowel diseases. J PediatrGastroenterolNutr 2009; 48: 117-120.
Kapel N., Benahmed N., Morali A., Svahn J., et ol Fecal B-defensin -2 in children with inflammatory bowel diseases / J.Pediatr.GastroenteraNutr. 2009; 48: 117-128.
Selsted M.E., Miller S.J., Henschen A.H., Oullette A.J. Enteric defensis: antibiotic peptide components of intestinal host defense / J. Cell Biol 2007; 118: 929-36.
Campeotto M., Baldassarre N., Laforgia V., Viallon N., Kalach L., Amati M.J., ButelC., Dupont N. Kapel. Fecal Expression of Human -Defensin-2following Birth. Neonatology 2010; 98:365–369.