Müasir pediatriyanın ən aktual problemlərindən biri hamilə qadınların infeksiyaya yoluxma tezliyinin yüksəl-məsi, yenidoğulan körpələr arasında bətndaxili infeksiyaların (BDİ) geniş vüsət almasıdır. BDİ 80 % hallarda xronik gedişlidir. 30-68,1% təsadüf-lərdə antenatal ölümə səbəb olur, vaxtından qabaq doğuşla nəticələnir [1,2].
Anaların infeksiyalara gizli və ya aşkar yoluxması yenidoğulanlarda somatik patologiyalar, mərkəzi sinir sisteminin (MSS) zədələnməsi, allergik və autoimmun vəziyyətin inkişafına (1 yaşadək), hepatosplenomeqaliya, 20% hallarda ekzantema, 67%-də dizbakte-rioz, çəkidən geriqalma, naməlum etiologiyalı subfebril hərarət, daha sonrakı inkişaf dövrlərində psixomotor inkişafda ləngimə, məktəb vaxtı çətin qavrama, şifahi nitq və danışıq pozulmaları müşahidə edilir (2,3). Bu problemin həlli yalnız tibbi deyil, həm də sosial əhəmiyyətə malikdir.
Qeyd edək ki, perinatal xəstələnmə və ölüm strukturunda bətndaxili sitome-qalovirus infeksiyası (SMVİ) xüsusi cəkiyə malikdir. Sitomeqalovirus Herpesviridae ailəsinə mənsub olub, morfoloji olaraq sadə herpes virusuna oxşardır. Yoluxma yolları transplasen-tar və ya qalxan prenatal infeksiyalaş-ma, postnatal infeksiyalaşmadır. Hami-ləliyin ilk aylarında yoluxma baş verdikdə anadangəlmə inkişaf qüsur-larına,dölün ölümünə və özbaşına düşüyə, son aylarda yoluxma olduqda isə sarılıq, hepatolienal sindrom, agciyərlərin və mədə-bagırsaq traktının zədələnməsinə, hemorragik əlamətləri olan uşaqların doğulmasına səbəb olur (1-3).
Ю.Н. Иванова Цитомегалови-русный гепатит у детей /Автореф. дис. канд. мед. наук.- М., 2010.- 12с.
А.К.Ткаченко, А.А.Устонович Неонатология /Минск,2009.
N.C.Quliyev,A.Ə.Poluxova,N.C.Rəhimova. Bətndaxili infeksiyaların klinikası, diaqnostikası, profilaktikası və müalicəsi /Metodik vəsait, Bakı 2012.
Гулиев Н.Д, Эфендиева М.З. Цитомегаловирусная инфекция у новорожденных детей / Методичес-кие рекомендации, Баку, 2002.
Alonso G. Evalution of catchup growth after liver transplanta tion in children with biliary atresia / G. Alonso, P. Duca, T. Pasqualini. D.D. Agostino // Pediatric. Transplant. — 2004. — Vol. 34. — Р. 255-259.