e-ISSN: 2664-1194     print ISSN: 2304-6554
Hipoksik-işemik ensefalopatiyası olan vaxtından əvvəl doğulanlarda mikrosirkulyator pozulmaların patogenezində endotel disfunksiyasının rolu
Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı

Annotasiya

Perinatal dövrün patologiyaları vax-tından əvvəl və az çəkili uşaqlar arasın-da daha çox təsadüf edərək, xəstələnmə, ölüm, əlillik, sosial və bioloji dezadap-tasiyanın yaranmasında aparıcı rol ounayır [1,2]. Vaxtından əvvəl doğulan uşaqlarda hipoksik-işemik beyin zədələnmələri daha ağır keçərək, çox zaman bərpası mümkün olmayan dəyi-şikliklərlə xarkterizə olunur [3]. Məlumdur ki, kritik durumda olan uşaqlarda həyati vacib funksiyaların sabit saxlanmasında vazorequlyator mexanizmlərin rolu çox böyükdür. Patoloji prosesin gedişindən, yenido-ğulan uşağın morfoloji və funksional yetkinlik dərəcəsindən asılı olaraq bu mexanizmlər müxtəlif istiqamətlərdə pozula bilər ki, bu da özünü beyinin işemik və hemorragik xarakterli zədə-lənmələri ilə büruzə verə bilər [4]. Endotel disfunksiyası nəticəsində vazo-dilatasiya və vazokonstriksiya proses-lərinin disbalansından asılı olaraq toxuma reperfuziyası sitotoksik ödemə, baş beyinin müxtəlif dərəcəli üzvi dəyişikliklərinə gətirib çıxarır [5]. Vaxtından əvvəl doğulan uşaqlarda baş verən hipoksik-işemik zədələnmələr zamanı damar endoteli tərəfindən ilti-habönü sitokinlərin və hemotaktik molekulların sekresiyası artır [6,7]. Nəticədə zədələnmiş nahiyəyə leyko-sitar adheziyanın sürətlənməsi hipoksik iltihabi prosesin ağırlıq dərəcəsini artırır [8]. Müəyyən edilmişdir ki, leykosit-endotel qarşılıqlı əlaqələri və damar tonusunun requlyasiyası birbaşa damar endoteli tərəfindən sintez olunan bioloji aktiv maddələr tərəfindən tənzimlənir ki, bu mediatorlar arasında azot oksid (NO) və onun əsas sintez mənbəyi olan endotelail azot oksid sintetaza (eNOS), endotelin-1 mühüm əhəmiyyət kəsb edirlər [9,10]. Vazo-requlyator mexanizmlərin pozulması perinatal patologiyaların ağırlıq dərə-cəsinə və gedişinə təsir etməklə yanaşı, özünü müxtlif dərəcədə təzahür edən mikrosirkulyator dəyişikliklərlə büruzə verir. Hazırkı tədqiqatın əsas məqsədi hipoksik-işemik ensefalopatiya (HİE) zamanı endotel disfunksiyası ilə mikrosirkulyator pozulmaların ağırlıq dərəcəsi arasındakı əlaqələrin öyrənil-məsi olmuşdur.

Biblioqrafik istinadlar

Jehan I, Harris H, Salat S, et al. Neonatal mortality, risk factors and causes: a prospective population-based cohort study in urban Pakistan. Bulletin of the World Health Organization 2009; 87:130-138.

Rani S, Chawla D, Huria A et all. Risk factors for perinatal mortality due to asphyxia among emergency obstetric referrals in a tertiary hospital. Indian Pediatr. 2012;49:191-194.

Zhang X. , Kramer MS. Variations in mortality and morbidity by gestational age among infants born at term. J Pediatr 2009; 154:358-362.

Cowan F, Rutherford M, Groenendaal F, Eken P, Mercuri E, Bydder GM, Meiners LC, Dubowitz LMS, de Vries LS: Origin and timing of brain lesions in term infants with

neonatal encephalopathy. Lancet 2003, 361(9359):736–742. 5. Shah P, Riphagen S, Beyene J, Perlman M. Multiorgan dysfunction in infants with post-asphyxial hypoxic-ischaemic encephalopathy. Arch Dis Child Fetal Neonatal Ed. 2004; 89 (2) : 152-155

Vannuci SJ, Hagberg H. Hypoxia–ischemia in the immature brain. J. Exp. Biol. 2004; 207: 3149-3154.

Lai M-C, Yang S-N. Perinatal Hypoxic ischemic encephalopathy. J. Biomed. Biotechnol. 2011: 609813.

Toda N, Ayajiki K, Okamura T. Cerebral blood flow regulation by nitric oxide. Recent advances. Pharmacol. Rev. 2009; 61: 62–97.

Fabian RH, Perez-Polo JR, Kent AT. Perivascular nitric oxide and superoxide in neonatal cerebral hypoxia-ischemia. Am. J. Physiol.Heart Circ. Physiol. 2008; 295: 1809–14.

Naithani M, Simalti AK. Biochemical markers in perinatal asphyxia. J. Nepal Pediatr. Soc. 2011; 31: 151–6.

PDF
PDF

Açar sözlər

preterm
hypoxic-icshemic encephalopathy
asoregulation
endoteliаl dysfunction vaxtından əvvəl doğulan
hipoksik-işemik ensefalopatiya
vazorequlyasiya
endotel disfunkiyası недоношенный
гипоксически-ишемическая энцефалопатия
вазорегуляция
дисфункция эндотелия