e-ISSN: 2664-1194     print ISSN: 2304-6554
Risk factors for retinopathy of preterm infants
Azerbaijan Journal of Perinatology and Pediatrics

Abstract

Tədqiqatın məqsədi vaxtından əvvəl doğulanlarda hestasiya yaşından asılı olaraq retinopati-yanın rast gəlmə tezliyinin və əsas risk faktorlarının müəyyənləşdirilməsi olmuşdur. Müayinə zama-nı həyatının ilk 10 günündə hestasiya yaşı 35 həftədən, doğularkən bədən kütləsi 2001 qramdan az olan 2227 vaxtından əvvəl doğulan uşaqda gözün ön xətti və göz dibi giymətləndirilmişdir. 2-ci mərhələdə risk qrupuna daxil edilmiş 312 vaxtından əvvəl doğulan uşaq Milli Oftalmologiya Mərkəzinin (MOM) oftalmoloqu tərəfindən konsultasiya olunmuşdur.
Bütün uşaqlara refraktometriya, tonometriya, biomikroskopiya, fundusun əks oftalmoskopi-yası, elektroretinoqrafiya müayinələri aparılmışdır.
VDR-in klassik forması hestasiya yaşı 27-29 həftə,kütləsi 1000 qr-dan aşağı olan uşaqlarda daha çox təsadüf edilir. Risk faktorlarının təsadüf etmə %-ni təhlil etdikdə, baş beynə qansız-maların VDR-in inkişafında rolunun artması, əksinə perinatal infeksiyaların isə nisbi çəkisinin rolunu azalması diqqət cəlb edir. Risk amilləri arasında II-III dərəcəli baş beynə qansızmalar, respirator terapiya, nekrotik enterokolit aparıcı yer tutur.
Müəyyən edilmişdir ki, risk amillərini nəzərə almaqla körpələrin VDR üzrə seçilməsi və müasir texnoloji avadanlıqla təchiz olunmuş oftalmoloji müəssisələrdə müayinədən keçirilməsi, profilaktik və müalicəvi tədbirlərin vaxtında aparılması, VDR xəstəliyinın və gözdən əlilliyin səviyyəsinin azalmasına imkan verər.

References

M.Kərimov, N.Həşimova, A.Əkbərova “Vaxtından əvvəl doğulmuşların retinopatiya-sının skrininqi diaqnostikası və müalicəsi”/ Metodik tövsiyə, 2017.

Gilbert C. Retinopathy of prematurity: a global perspective of the epidemics, population of babies at risk and implications for control. Early Hum Dev . 2008; 84:77-82.

Рагимова Н.Д. «Факторы риска раз-вития и клинико-иммунологические аспек-ты перинатальных инфекций у недоношен-ных детей». Научно-Исследовательский Институт имени К.Фараджевой.Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı, cild 3, №,2017, səh 17-27.

Fortes Filho J.B., Eckert G.U., Valiatti F.B., Dos Santos P.G., da Costa M.C., Procianoy R.S.

The influence of gestational age on the dynamic behavior of other risk factors asso-ciated with retinopathy of prematurity (ROP). Graefes Arch Clin Exp Ophthalmol. 2009; 248: 893-900.

Fortes Filho JB, Eckert GU, Valiatti FB, Dos Santos PG, da Costa MC, Procianoy RS. The influence of gestational age on thedynamic behavior of other risk factors associated with retinopathy of prematurity (ROP).Graefes Arch Clin Exp Ophthalmol . 2010; 248:893-900.

Giapros V, Drougia A, Asproudis I, Theocharis P, Andronikou S. Low gestational age and chronic lung disease are synergistic risk factors for retinopathy of prematurity. Early Hum Dev. 2011;87:653-657.

PDF (Azərbaycanca)
PDF (Azərbaycanca)

Keywords

retinopathy
preterm infants
hestatic age
risk factors retinopatiya
vaxtından əvvəl doğulanlar
hestasiya yaşı
risk faktorları ретинопатия
недоношенные дети
гестатический возраст
факторы риска

Most read articles by the same author(s)