e-ISSN: 2664-1194     print ISSN: 2304-6554
YENİDOĞULANLARDA PERİNATAL İNFEKSİYALARIN MÜALİCƏSİNDƏ REKOMBİNANT İNTERFERON -2-ALFA B PREPARATININ TƏTBİQİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı

Annotasiya

Təqdiqatın məqsədi infeksion-iltihabi xəstəlikləri olan yenidoğulanların kompleks müalicə-sində rekombinant 2 alfa B interferon (viferon) preparatının effektivliyinin öyrənilməsindən ibarətdir. Prospektiv müşahidələrimiz altında infeksion -iltihabı xəstəlikləri (16 nəfərdə sepsis, 14 nə-fərdə lokal infeksion-iltihabı xəstəliklər) olan 50 yenidoğulan olmuşdur. Nəzarət qrupunu 20 nəfər sağlam yenidoğulan körpələr təşkil etmişdir Yenidoğulanların qan zərdabında müalicə-dən əvvəl və sonra alfa interferon və qamma interferon səviyyəsi müəyyən edilmişdir. Aparılan tədqiqat nəticəsində perinatal infeksiyalı körpələrdə hər iki göstəricinin səviyyə-sinin sağlam uşaqlarla müqayisəsində durüst aşağı olması (p<0,01) müəyyən edildi. Korreksiya məqsədi ilə kompleks müalicəyə rekombinant 2 alfa B interferon (viferon) 150 000 BV (şam formasında) gündə 2 dəfə 10 gün müddətinə təyin edilmişdir. Rekombinant 2 alfa B interferon (viferon) preparatının yüksək klinik-immunoloji effektivliyi, əlavə yan təsirlərin olmaması perinatal infeksiyaların kompleks müalicəsində onun immun korreksiya məqsədilə tətbiqini zəruri edir.

Biblioqrafik istinadlar

Устьянцева Л.С. Чистякова Г.Н., И.И. Ремизова и др. Особенности врожденного и адаптивного иммунитета недоношенных детей с тяжелым гипоксически-ишемическим поражением центральной нервной системы. Российский Вестник Перинатологии и Педиатрии, 2017, т62 (3), стр.59-65.

Толстопятова М.А., Буслаева Г.Н., Козлов И.Г. Роль рецепторов врожденного иммунитета в развитии инфекционной патологии у новорожденных детей. Педиатрия, 2009, т87, №1, стр.115-120.

Kim B., Shenoy A., Kumur P. et al. A Family of IFN-γ–Inducible 65-kD GTPases Protects Against Bacterial Infection. Science, 2011, 332 (6030) 717-721. 4. Солдатова И.Г., Гетия Е.Г., Панкратьева Л.Л. и др. Оценка клинико-экономической эф-фективности препарата рекомбинантного интерферона α-2в человека – Виферон в комплексной терапии тяжелых неонатальных инфекциях. Педиатрия, 2011, №5 (т.90).

Касохов Т.Б. Интерферовый статус у здоровых и больных инфекционно-воспалительными заболеваниями недоношенных новорожденных детей. Автореферат дисс. канд. мед.наук. М.2018.

Малиновская В.В., Захаров И.Н., Коровина Н.А. и др. Применение отечественных интерферонов при инфекционно-воспалительных заболеваниях органов дыхания у детей. Педиатрия, 2018, №1.

PDF
PDF

Açar sözlər

newborn
infections
immunity
recombinant interferon Alpha 2-α B. yenidoğulan
infeksiya
immunitet
rekombinant interferon-2- alfa B новорожденный
инфекция
иммунитет
рекомбинантного интерферон Альфа-2-α B.