Tədqiqatın məqsədi: qıcolmaları olan yenidoğulan uşaqların nevroloji və somatik statusunun qiymətləndirilməsi. Klinik, etioloji, laborator və paraklinik məlumatlar nəzərə alınmaqla, müxtəlif hestasiya yaşlarında qıcolması olan 512 yenidoğulan körpənin retrospektiv tədqiqatı aparılmışdır. Yenidoğulanlarda simptomatik qıcolmaların inkişafına gətirib çıxaran aparıcı etioloji amillər Mərkəzi sinir sisteminin (MSS-nin) hipoksik-işemik, hipoksik-hemorragik, infeksion zədələnmələridir. Qıcolması olan vaxtındadoğulan yenidoğulanlarda əsas diaqnoz MSS-nin hipoksik-işemik zədələnməsidir. Eyni zamanda vaxtından əvvəl doğulanlarda qıcolmaların yaranmasının lider səbəbi kəllədaxili qansızmalar və perinatal infeksiyalar olmuşdur. EEQ müayinələrin təhlili neonatal qıcolmaların polimorf növünün yüksək tezliyini göstərmişdir. Qıcolma vəziyyətləri əsasən həyatın ilk günlərində təzahür etmiş və bu, serebral pozğunluqları əks etdirmişdir. Tədqiqat nəticəsində aşkar edilmişdir ki, mərkəzi sinir sisteminin zədələnməsi fonunda yenidoğulanların neonatal qıcolmaları orqanizmin bir neçə sisteminin cəlb olunması, əsasən ağciyərlərin, ürəyin, mədə-bağırsaq traktı orqanlarının disfunksiyası ilə xarakterizə olunur, hestasiya yaşından asılıdır, vaxtından əvvəl doğulan uşaqlarda daha çox rast gəlinir. Əldə olunan məlumatlar qıcolması olan yenidoğulanlarda poliorqan disfunksiyalarının neonatal dövrün gedişini ağırlaşdırdığını və neqativ proqnoza əhəmiyyətli töhfə verdiyini təsdiq edir. Beləliklə, neonatal qıcolmalar etioloji amillərin, klinik formaların müxtəlifliyi, diaqnostikanın mürəkkəbliyi ilə fərqlənir və uşağın psixomotor inkişafının pozulması, postneonatal epilepsiyanın və uşaq serebral iflicinin yaranması üçün risk faktorudur.
Zuberi SM, Wirrell E, Yozawitz E, et all. ILAE classification and definition of epilepsy syndromes with onset in neonates and infants: Position statement by the ILAE Task Force on Nosology and Definitions. //Epilepsia. 2022 Jun;63(6):1349-1397. doi: 10.1111/epi.17239. Epub 2022 May 3.PMID: 35503712.
Neonatal Encephalopathy: Beyond Hypoxic-Ischemic Encephalopathy. Russ JB, Simmons R, Glass HC. // Neoreviews. 2021 Mart;22(3):e148-e162. doi: 10.1542/neo.22-3-e148. PMID: 336490 88 Review.
Chen WH, Chan OW, Lin JJ, Chiang MC, Hsia SH, Wang HS, Lee EP, Wang YS, Kuo CY, Lin KL, On The Behalf Of The iCNS Group.Children (Basel). 2022 May 24;9 (6):770. doi: 10.3390/ children 9060770.
Hashish M, Bassiouny MR. Neonatal seizures: stepping outside the comfort zone //Clin Exp Pediatr. 2022 Nov;65(11):521-528. doi: 10.3345/cep.2022.00115.
Baumer F. M., Wusthoff C. J. Neonatalseizures: evaluation, treatment andprognosis. In: Fetal and neonatal braininjury. Eds. Stevenson D. K., Benitz W. E.,Sunshine Ph., Hintz S. R., Druzin M. L. 5th edCambridge University Press. 2018.P.655-681.
Abend N. S., Jensen F. E., Inder T. E.,Volpe J. J. Neonatal seizures. In: Volpe’sNeurology of the newborn. Eds. Volpe J. J.,Inder T. E., Darras B. T., de Vries L. S., duPlessis A. J., Neil J. J., Perlman J. M..Elsevier. 2018. P. 275-324.
Vasudevan C., Levene M. Epidemiology andaetiology of neonatal seizures. Semin Fetal Neonatal Med. 2013. 18 (4).P.185-191.
Sands TT, McDonough TL. Recent Advances in NeonatalSeizures // CurrNeurolNeurosci Rep 2016;16(10): 92
Айкарди Ж., Бакс М., Гиллберг К. Заболевания нервной системы у детей. Пер.с англ.; подред.А.А.Скоромца М.2013;1036 с.
Glass H. Neonatal seizures: advances in mechanisms and management. Clin. Perinatol 2014;41(1):177-90.
Boylan G, Stevenson N, Vabhatalo S. Monitoring neonatal seizures. Seminars in Fetal & Neonatal Medicine 2013.18. P.202-8.
Hart A, Pilling E, Alix J. Neonatal seizures—part 1: Not everything that jerks, stiffens and shakes is a fit. Arch Dis Child EducPract Ed 2015.100. P.170-75.
Александрович Ю.С., Орел В.И., Нурмагамбетова Б.К., Пшениснов К.В., Паршин Е.В. Факторы риска развития синдрома полиорганной недостаточности у новорожденных // Тольяттинский медицинский консилиум. 2011. № 3-4. 15 с.
Bhagat I, Sarkar S. Multiple Organ Dysfunction During Therapeutic Cooling of Asphyxiated InfantsNeoreviews. 2019 Nov. 20(11):e653-e660. doi: 10.1542/neo.20-11-e653.